İdman

 | "Keşlə" və "Zirə" cərimələndi

  AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

İclasda dekabrın 10-da Azərbaycan Kubokunun 1/4 mərhələsinin “Keşlə” – “Kəpəz” matçında “Keşlə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klubun 800 manat cərimə olunması barədə qərar qəbul olunub.

“Zirə” – “Neftçi” matçında isə “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Bundan başqa, “Qarabağ” – “Sumqayıt” matçının 88-ci dəqiqəsində “Sumqayıt” klubunun 1 №-li futbolçusu Fərhad Vəliyev sonuncu ümid fouluna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

loading...