İdman

 | Azərbaycan Kubokunda 1/4 final mərhələsi başlayır

 

  Bu gün keçiriləcək 2 oyunla futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start veriləcək.

Qarşılaşmalar paytaxtda olacaq.

Əvvəlcə "Keşlə" ilə "Kəpəz", daha sonra "Zirə" ilə "Neftçi" komandaları üz-üzə gələcək. Bu cütlüklər ötən mövsüm də eyni mərhələdə qarşılaşıblar. "Neftçi" "Zirə"ni (3:0, 2:1), "Keşlə" isə "Kəpəz"i (2:0, 0:0) üstələyib.

Azərbaycan Kuboku, 1/4 final, İlk oyunlar

10 dekabr

14:00. “Keşlə” – “Kəpəz”

Hakimlər: Rauf Cabbarov, Elman Musayev, Cavanşir Yusifov, Fariz Yusifov

AFFA nümayəndəsi: Rauf Hüseynli

Hakim-inspektior: Murad Məmmədov

“İnter Arena”

16:00. “Zirə” – “Neftçi”

Hakimlər: İnqilab Məmmədov, Yaşar Abbasov, Nahid Əliyev, Orxan Məmmədov

AFFA nümayəndəsi: Abas Hüseynov

Hakim-inspektor: Şahin Cəfərov

Zirə İdman Kompleksinin stadionu

loading...