Elm və Təhsil

 | Pedaqoji Universitet təxliyə edildi - Yenə bomba...

  Peterburqda A.İ.Qertsen adına Pedaqoji Universitetin binası təxliyə edilib.

Buna səbəb binaya bomba qoyulması barədə anonim zəng olub.

Zəng qəbul edildikdən dərhal sonra binadakılar təxliyə edilib.

Bundan öncə isə eyni səbəbdən A.S.Puşkin adına Leninqrad Dövlət Universitetinin də təxliyə edildiyi barədə xəbər verilib.

Qeyd edək ki, sentyabrın 11-dən başlayaraq bomba qoyulması barədə anonim zənglər dalğası bütün Rusiyanı bürüyüb.

loading...