Elm və Təhsil

 | Dərsdən yayınanlara qarşı YENİ TEXNOLOGİYA

  Bu universitet tələbələrin dərsə davamiyyətini yoxlamaq üçün üztanıma texnologiyasından istifadə edir.

Yenilik Çinin Nankin şəhərində Texnologiya Universitetində tətbiq olunub. 6 dərs üçün tələbələr sinifə girəndə interaktiv ekranın qarşısında dayanır və bununla da texnologiya onları tanımağa çalışır.

Tələbələrin şəkilləri univeristetin bazasındakı görüntülərlə qarşılaşdırılır. Tələbələr görünüşlərini dəyişib, makiyaj etsələr də cihaz onları tanımaqda çətinlik çəkmir.

Professor Şen Hao bu texnologiyanın dərsdən yayınan tələbələri müəyyən etməkdə müəllimlərə kömək etdiyini bildirib.

Sistemin ənənəvi kağızda yoxlamadan daha uğurlu olduğunu deyən Ş.Hao bununla vaxt itkisinin və müəllimlərinin iş yününün azaldığını bildirib.

Bəzi tələbələr bu yeniliyi bəyənsə də, tənqid edənlər də az deyil. Onlar bu sistemin digər universitetlərdə yayılmamasına ümid etdiklərini deyirlər.

Qeyd edə ki, bu ilin mart ayında Çinin turizm mərkəzlərinin birində tualet kağızlarının oğurlanmasından sonra üz tanıma cihazları yerləşdirilmişdi.

loading...