Maraqlı

 | BMW avtomobilə parking üçün yer axtarmağı öyrədib

  Cenevrədə start götürən beynəlxalq avtosalon çərçivəsində Turing seriyasından BMW 5-in təqdimatı baş tutdu. Bundan daha əvvəlki versiya ilə müqayisədə avtomobilin salonu daha sadə olub və istehsalçının iddiasına görə akustik rahatlıq ilə fərqlənir.

Avtomobil distansion parking funksiyası, həmçinin On-Street Parking Information parking yerinin intellektual axtarışı sistemi və sürücüyə kömək olan digər sistemlər ilə təchiz edilib.

Qeyd edək ki, 2017-ci ilin iyun ayında start götürəcək satışda alıcılara 4 variantda BMW mühərriki seçmək imkanı veriləcək.

loading...