Elm və Təhsil

 | “Windows” üçün “Chrome” brauzerində daxili antivirus istifadəyə verilib

  “Google” şirkəti “Windows” üçün “Chrome” brauzerinin masaüstü versiyası ilə müasir antivirusların əsas funksiyalarının inteqrasiyasını anons edib. Bu yenilik istifadəçiləri hər hansı faylı, zərərverici proqramları yüklədikdən sonra standart axtarış sisteminin dəyişdirilməsindən qoruyacaq.

“Google” şirkəti bundan başqa “Chrome Cleanup” utilitini yeniləyib. Axtarış nəhəngi virusların silinməsini sadələşdirmək üçün antivirus proqram təminatının hazırlanması və kompüter təhlükəsizliyi sahəsində həllər üzrə ixtisaslaşmış “Eset” şirkəti ilə əməkdaşlığa başlayıb. “Chrome” brauzeri virus aşkar etdikdə  istifadəçi müvafiq xəbərdarlıq alacaq və onu silmək üçün bir düyməyə sıxmalı olacaq.

İnternet nəhəngi qeyd edir ki, “Chrome Cleanup” universal antivirus həlli deyil, buna görə şirkət əlavə proqram təminatından istifadə etməyi tövsiyə edir.

loading...