Elm və Təhsil

 | “Android”lərin bir çoxu dağıdıcı “Wi-Fi” hücumu qarşısında dayanıqsızdır

  “Wi-Fi” şifrləmə protokolunda aşkar edilmiş təhlükəli boşluq nəticəsində “Android” sistemi ilə işləyən smartfonların 41%-i “KRACK” hücumu qarşısında dayanıqsızdır.

“KRACK” hücumu yalnız simsiz marşrutlayıcıları deyil, həmçinin “Windows”, “iOS” və “macOS” sistemi ilə işləyən kompüterləri təhdid edir, lakin “Android” və “Linux” istifadəçiləri daha böyük təhlükə ilə üz-üzədirlər. Təhlükəsiz rabitə kanalına müdaxilə edən haker məxfi informasiyanı ələ keçirə, trafiki dəyişə, zərərverici kod tətbiq edə və qanuni proqramları saxtaları ilə dəyişdirə bilər.

“Android” və “Linux” sistemlərində “Wi-Fi” parola müdaxiləyə ehtiyac yoxdur: şəbəkənin əhatə zonasında olmaq kifayət edir. “Google” bu problem barədə xəbərdar edilib və 6 noyabrda təhlükəsizlik paketi çıxaracaq.

“Microsoft” şirkəti artıq “Windows” sisteminin bütün dəstəklənən versiyaları üçün təhlükəsizlik paketləri çıxarıb.

Simsiz giriş nöqtəsi və qurğular arasında məlumatların təhlükəsiz ötürülməsini təmin edən “WPA2” (“Wi-Fi Protected Access II”) şifrləmə protokoluna müdaxilə haqda dünən məlum olub. Potensial təhlükə haqda “US-CERT” təşkilatı (ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin bölmələrindən biri) məlumat verib.

loading...