İdman

 | "Buta Palace" komandası ABL Cup 2017/18 futbol turnirinin iştirakçısı olub

  "Buta Palace" komandası mini-futbol üzrə Azərbaycan şirkətləri arasında korporativ AZFAR “Biznes liqa” çempionatının iştirakçısı olub.

 ABL Cup 2017/18 formatında və miqyasında turnir Azərbaycanda ilk dəfə və "Azfargroup"un meydançalarında keçiriləcək.

Buta Palace konsert-banket kompleksi İctimai İaşə bölümü üzrə 2009-cu ildən fəaliyyət göstərir. Kompleksin əsas məqsədi Dövlət tədbirlərində və eyni zamanda qeyri-dövlət tədbirlərində qonaqlarımıza yüksək səviyyəli xidmət göstərməkdir. Bunlara nail olmaq üçün Buta Palace konsert-banket kompleksi daimi olaraq öz əməkdaşları üzərində çalışır, onları yüksək səviyyəli peşəkarlar olmaları üçün şərait yaratmaqdadır.

2017-ci ildə Buta Palace ABL Cup 2017/18 turnirində iştirakını təsdiq edib, şirkətimizin əkdaşlarından ibarət güclü komanda təşkil etmişdir. Komandanın üzvləri gücləndirilmiş rejimdə məşqlərinə başlamışlar.Əsas məqsədimiz ABL Cup 2017/18 turnirində yüksən nəticələr göstərməkdir.

Azərbaycan şirkətləri arasında keçiriləcək mini-futbol üzrə “Biznes-liqa” korporativ turnirinə qeydiyyat davam edir. Belə miqyasda və formatda çempionat Azərbaycanda ilk dəfə olaraq "Azfargroup" şirkətinin futbol meydanlarında keçiriləcək. Çempionatın siması Azərbaycan yığması və "Qarabağ" futbol klubunun oyunçusu Riçard Almeydadır.

Çempionatda iştirak üçün yerlərin sayı məhduddur. Çempionatla bağlı ətraflı məlumatı təşkilatçının internet səhifəsi www.asep.az, eləcə də https://www.facebook.com/ASEPLLC/ səhifəsindən və ya +99412 4047339, +99450 2952129 nömrələri vasitəsilə əldə etmək olar.

İnformasiya dəstəyi – Trend.az, Day.az, Milli.az, Azernews.az, Dsport.az, ATV

loading...