İdman

 | "Mercedes"in pilotu Hemilton Yaponiya Qran Prisinin qalibi olub

  "Mercedes" komandasının pilotu Lyuis Hemilton Yaponiya Qran Prisinin qalibi olub. Yarış Sudzuka şəhərində keçirilib.

Yarışı ikinci yerdə "Red Bull" komandasının hollandiyalı pilotu Maks Ferstappen, üçüncü yerdə isə onun komanda yoldaşı avstraliyalı Daniel Rikyardo başa vurublar.

Lyuis Hemilton 306 xalla liderdir. İkinci yerdə 247 xal ilə "Ferrari" komadasının almaniyalı pilotu Sebastyan Fettel, üçüncü yerdə isə 234 xal ilə "Mercedes"in pilotu finlandiyalı Valtteri Bottas qərarlaşıblar.

Qeyd edək ki, Qran Prinin növbəti mərhələsi 20-22 oktyabr tarixlərində ABŞ-da keçiriləcək.

loading...