İdman

 | "Qarabağ" yoxlama oyunu keçirəcək

  Milli komandaların oyunları ilə bağlı yaranan fasilədə "Qarabağ" hazırlıqlarını davam etdirir.

Məlumatına görə, komanda gündə bir dəfə olmaqla klubun bazasında məşq edir. Milli yığmalara dəvət alan 14 futbolçunun yoxluğunda əvəzedici heyətin bir neçə üzvü əsas komandanın hazırlıq prosesində iştirak edir.

"Qarabağ" oktyabrın 7-si, saat 16:30-da "Azərsun Arena"da "Sumqayıt"la yoxlama oyunu keçirəcək.

loading...