Elm və Təhsil

 | Dövlət məktəbi, yoxsa özəl?

Özəl, yoxsa dövlət məktəbi? Bu, valideynlərin uşaqları üçün təhsil müəssisəsinin seçimində üzləşdiyi ən aktual problemlərdən biridir. Özəl məktəblərdə təhsilin kifayət qədər baha olduğunu nəzərə alsaq, belə bir sual yaranır: uşağın özəl məktəbdə təhsilinə investisiya qoymağa dəyərmi və bunun hansı üstünlükləri var?

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının verdiyi məlumata görə, özəl təhsil müəssisələrinin məzunları bir qayda olaraq, müəyyən olunmuş plankanı uğurla keçərək, yüksək nəticələr göstərir. Ancaq təhsilin səviyyəsi valideynləri özəl məktəbi seçməyə məcbur edən yeganə kriteriya deyil. Onları həmçinin, təhlükəsizlik, rahat kabinetlər, yaxşı qidalanma, məktəb ərazisini tərk etmədən dərnəklərə getmək imkanı və təhsil prosesi ilə birbaşa əlaqəsi olmayan bir çox digər faktorlar narahat edir.

Dövlət məktəbi, yoxsa özəl?
Daha bir vacib nüans budur ki, xarici dilin dərindən öyrənilməsi, xarici müəllimlərin köməyilə xarici dil mühitinə yüklənməni də ancaq özəl məktəb təmin edir.
Təhsil müəssisəsini seçərkən, proqrama diqqət yetirmək lazımdır. Təhsil proqramı məktəblini həddindən artıq yükləməməlidir. Məktəb uşağın intellektual, psixoloji və fiziki imkanlarına uyğun olmalıdır. Qabiliyyətlərinin yaşına uyğun olmayan uşaqlar üçün xüsusi təhsil müəssisələri var. Məktəbdəki ab-hava və əlbəttə ki, pedaqoqlar çox vacibdir. İlk müəllimin şəxsiyyəti çox şeyi müəyyən edir. Şagird və müəllimin temperamenti və uyğunluğunu nəzərə almaq lazımdır.

Dövlət məktəbi, yoxsa özəl?
Uşağı özəl məktəbə qoymaq qərarı vermisinizsə, həmin məktəbin dövlət akkreditasiyası olub-olmadığını yoxlayın. Bunu almaq üçün həmin məktəbin təhsil proqramları dövlət təhsil standartlarına, məktəb özü isə sanitar-gigiyena normalarına uyğun olmalıdır.
Hazırda Bakıda hər birinin öz xüsusiyyətləri olan çoxlu sayda özəl məktəblər var. Bir qayda olaraq, özəl məktəbdə təhsil burada səhər saatlarından 16:00-a qədər olmağı (bəzi məktəblərdə 18:00-a qədər), gündə üç dəfə qidalanmanı, idmanla məşğul olmanı (üzgüçülük və əlavə seksiyalar daxil olmaqla), məktəb kitabxanasından və kompyuter mərkəzindən istifadəni daxil edir.
Bakının özəl məktəblərində illik təhsil haqqı belədir:

Dövlət məktəbi, yoxsa özəl?

loading...