Elm və Təhsil

 | Kaliforniya Texnologiya İnstitutu

Kaliforniya Texnologiya İnstitutu ABŞ-ın Kaliforniya ştatında yerləşən və təbiət elmləri və mühəndislik sahələri üzrə ixtisaslaşmış ali təhsil müəssisəsidir. NASA-nın Cet Propuljon laboratoriyası Kaliforniya Texnologiya İnstitutu tərəfindən idarə edilir. Dünyanın ən yüksək reytinqli ali məktəblərindən biri hesab olunur. Universitet 1891-ci ildə Amos G.Trup tərəfindən təsis edilib.

İnstitut aşağıdakı bölmələrdən ibarətdir:

  1. Biologiya, kimya və kimya mühəndisliyi.
  2. Mühəndislik və tətbiqi elmlər.
  3. Geoloji və planet elmləri.
  4. Bəşəriyyət və sosial elmlər.
  5. Fizika, riyaziyyat və astronomiya.
  6. Fənlərarası proqramlar.

XX əsrin əvvəllərində burada 4 tələbə şəhərciyi tikilib. 1960-cı ildə əlavə 3 şimal tələbə şəhərciyi salınıb.

Digər Amerika ali məktəblərindən fərqli olaraq, Kaltek tələbələri 4 il deyil, 5 il təhsil alırlar. Kaltekdə tədris olunan ixtisaslar əsas və əlavə ixtisaslara bölünmür.

İnstitutun məzunları sırasında elm və texnologiya sahəsində əldə etdiyi uğurlarına görə müxtəlif Nobel laureatları var. Robert A. Milikan 1923-cü ildə fizika, Tomas Hunt Morqan 1933-cü ildə fiziologiya və tibb, Edvin M. Mak Millan 1951-ci ildə kimya, Corc Bidl 1958-ci ildə fiziologiya və ya tibb sahələrindəki xidmətlərinə görə təltif ediliblər.

QS World University Rankings” 2016-a əsasən universitet 5-ci sırada yer alıb.

loading...