EKSTERYER

Binanın görünüşü, üslubun xüsusiyyətlərini və müştərinin fikirlərinin reallığa çevirilməsini ifadə edir. Bunun sayəsində bütün strukturla bağlı ilk təəssürat formalaşmışdır və belə bir fikir yaranır ki, bu illər sonra da dəyişə bilməz. Şirkətimiz istənilən dizaynda və ölçülərdə villaların və fərdi evlərin tikintisini həyata keçirir.

Tikinti prosesində bütün mövcud keyfiyyət standartlarına tam sürətdə riayət olumaqla, materalların keyfiyyət sertifikatlarından tutmuş tikinti işlərinin keyfiyyət ekspertizasına qədər bütün mərhələlər tam peşəkarlıqla və güvənlə aparılır. Şirkət tikinti işlərində ən yüksək keyfiyyətli inşaat materiallaından istifadə edir. Bütün tikinti işlərinə növündən asılı olaraq şirkət tərəfindən minimum 5 il tam zəmanət verilir.

Ən yaxşısı evin eksteryer dizaynını peşəkar mütəxəssislərə etibar etməkdir. Peşəkar dizayner müvafiq rəng sxemini seçəcək. Həmçinin, mütəxəssis uyğun materialları seçəcəkdir. Bu, misal üçün, dekorativ gips və ya üzlük daş ola bilər. Quruluşu və toxuması baxımından daşın kifayət qədər kütləsinə baxmayaraq, ev son dərəcə təmiz və hətta zərif görünür. Dekor evlərin eksteryer dizaynın ən vacib elementlərindən biridir.

Sizin fikirlərinizin istənilən bir eksteryer dizaynın içində yerləşdirilməsinə, bizim peşəkar yanaşmamız və ən kiçik nüansları nəzərə almağımız imkan verir. Şirkətimiz fəaliyyəti zamanı, yaşayış komplekslərinin, sənaye və ictimai binaların ən mürəkkəb, lakin eyni zamanda ən maraqlı eksteryer dizaynı başa çatdırmışdır. Sizin üslubunuz nüfuzunuzun bir hissəsidir. Evinizin ekteriyeri sizi əhatə edən mühitə daxili dünyanızın mesajıdır.

İNTERYER

İntreyer ev tikintisinin ən vacib hissəsidir İnteryer evinizdə özünüzü rahat hiss etmək üçün fikir verilməli olan ən vacib elementlərdəndir. Bizim şirkət interyer dizaynı və mənzil dizaynı xidmətləri təklif edərək mənzillərin, ofislərin, kottejlərin dizayn layihələrini həyata keçirir və görüdüyü işlərə 5 il zəmanət verir. Zövqlər müxtəlif, yaşam tərzi fərqli ola bilər. Seçiminizindən asılı olmadan, şirkətimizlə keyfiyyət və güvən yaşamın yalnız başlanğıcıdır.

Memarlarımız rəng, material, işıq, forma və formanı nəzərə alaraq boşluqlar yaradır; perspektivləri nəzərə alaraq bir insanın əhval-ruhiyyəsinə uyğun otaqqları dizayn edir… Memarlarımız məkanlarınızı formalaşdıran dizayn, elm və mədəniyyəti bir araya gətirirlər. Konseptdən dizayn və tikintiyə qədər olan proses mürəkkəbdir və siz sadəcə zövq kriteriyalarınızı bildirirsiniz və bütün stressdən uzaq prosesin bitməsini gözləyirsiniz.

...