Mədəniyyət

 | İtaliyada Qara Qarayevə həsr edilən konsert keçiriləcək

  Avqustun 21-dən sentyabrın 8-dək İtaliyada VIII Livorno Beynəlxalq Musiqi Festivalı keçiriləcək.

Mədəniyyət Nazirliyindən verilən məlumata görə, tədbir çərçivəsində sentyabrın 4-də Azərbaycanın görkəmli bəstəkarı, SSRİ Xalq artisti Qara Qarayevə həsr edilən fortepiano konserti təqdim olunacaq.

Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək konsertdə tanınmış pianoçu Olqa Domninanın ifasında Qara Qarayevin, Dmitri Şostakoviçin və Fərəc Qarayevin əsərləri səsləndiriləcək.

loading...