Həyat tərzi

 | DİQQƏT: Ebola baş qaldırdı

  Konqo Demokratik Respublikasında Ebola virusuna 43 nəfər yoluxub.

 Ümumdünya Səhiyyə Təşkilatının hesabatında deyilir.

Qeyd olunur ki, yoluxanlardan 27 nəfəri həyatını itirib.

Bu yoluxma hallarından 16-ı laborator şəraitdə təsdiq olunub. Bundan başqa, daha 31 nəfər Ebolaya yoluxma şübhəsi ilə karantinə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı bölgədə peyvəndləmə prosesinin aparıldığını bildirib.

Qeyd edək ki, 2015-ci ildə Qərbi Afrikada qeydə alınmış Ebola epidemiyası 11 mindən çox adamın həyatın son qoymuşdu.

loading...