Elm və Təhsil

 | Yeni məktəb binaları istifadəyə veriləcək

  Yeni tədris ilində paytaxtda yeni məktəb binaları istifadəyə veriləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, paytaxtın ümumi təhsil məktəblərində yeni dərs ilinə hazırlıq işləri davam edir. Hazırda 13 məktəbdə əsaslı təmir işləri aparılır, 1 məktəbin binasının, 1 məktəbin isə qəzalı vəziyyətdə olan korpusunun sökülərək yenidən tikintisi həyata keçirilir.

Bundan əlavə, ehtiyac olan ərazilərdə 2 yeni məktəbin inşası davam edir. Həmçinin, 1 məktəb üçün 1416 şagird yerlik yeni binanın tikintisi davam etdirilir. Bütün bu işlərin yeni tədris ili başlayana qədər başa çatdırılması nəzərdə tutulur.

loading...