Həyat tərzi

 | Azərbaycandan Türkiyəyə gedən avtobus Gürcüstanda tamamilə yandı

  Azərbaycandan Türkiyəyə hərəkət edən sərnişin avtobusu Gürcüstanın şərq hissəsində olarkən yanıb.

Bu barədə Gürcüstanın İctimai Televiziyası xəbər yayıb.

Avtobusda 50 sərnişin - müxtəlif ölkələrin, o cümlədən Rusiya vətəndaşları olub.

Bazar ertəsinə keçən gecə baş vermiş hadisə zamanı sərnişinlər dərhal avtobusu tərk etdiyindən xəsarət alan olmayıb.

Nəqliyyat vasitəsi tamamilə yanıb.

Fakt araşdırılır.

loading...