İdman

 | Rusiya klubu azərbaycanlı futbolçu ilə yolları ayırdı

  Rusiyanın “Anji” klubu Azərbaycan əsilli futbolçu Ayaz Quliyevlə yollarını ayırıb.

Bu barədə Mahaçqala təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, 21 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Müqavilə ilə “Spartak”a (Moskva) məxsus olan Ayaz son iki mövsümü icarə əsasında “Anji”də keçirib. O, Rusiyanın aşağı yaş qruplarından ibarət yığma komandalarında çıxış edib.

loading...