Həyat tərzi

 | Bakıda yeni ödəniş terminalları quraşdırılır

  Bakıda “Pulpay” şirkətinin terminallarının quraşdırılmasına başlanılıb. Bu barədə şirkətdən məlumat verilib.

Hazırda bu şirkətə məxsus terminalların sayı çox olmasa da, artmaqda davam edəcək. Bu, cari ildə şirkətin planlarına daxildir.

Rayonlarda “Pulpay” terminalları hələlik ancaq Xaçmazda quraşdırılıb. Gələcəkdə onların digər rayonlarda da quraşdırılması nəzərdə tutulur.

“Pulpay” terminalları vasitəsilə kommunal xidmətlər, mobil və stasionar rabitə xidmətləri, internet, kabel televiziyası, sığorta və digər ödəmələri həyata keçirmək mümkün olacaq.

loading...