Mədəniyyət

 | 2017-də ən çox bu filmlər izlənib – Siyahı

  2017 yerli film sənayesi üçün inkişaf ili oldu desək yanılmarıq.  Son bir neçə il ərzində kinoteatrlara marağın artmasını da nəzərə alsaq, o zaman çəkilən əziyyətin əbəs yerə olmadığını düşünmək olar.

Hazırda ölkəmizdə ərsəyə gətirilən filmlərin daha çox kassa yığımı üçün planlaşdırıldığı heç kimə sirr deyil. Məhz bu səbəbdəndir ki, təqdim olunan ekran işlərinin 99%-i komediya janrındadır.

Hər bir sahədə olduğu kimi kino sektorunda da böyük rəqabət var. Bəs tamaşaçılar il ərzində daha çox hansı filmləri izləyib?

Bu suala cavab tapmaq üçün paytaxtımızda fəaliyyət göstərən kinoteatrlarla əlaqə saxladıq. Əldə olunan gəlir və tamaşaçı sayı sirr saxlanılsa da tələbatlı yerli və xarici filmlərin siyahısını təqdim etdilər.

Nizami Kino Mərkəzinin kinoişləri üzrə direktor müavini Arzu Əhədova ən çox izlənilən filmlər sırasında ilk yerdə Türkiyə istehsalı olan “Recep İvedik 5” olduğunu bildirdi. Növbəti pillədə isə “Bozbash pictures” komandasının ərsəyə gətirdiyi “Stalinin başı” adlı ekran işidir. Siyahıda üçüncü türkiyəli aktyorlar Fahriye Evcen və Murat Yıldırımın baş rolunu canlandığı “Sonsuz aşk”dır.

Sorğumuzu davam etdirdiyimiz növbəti məkan Park Cinema kinoteatrlar şəbəkəsi oldu. Kinoteatrın PR meneceri Lalə Ələkbərovanın təqdim etdiyi siyahı isə belədir:

Yerli filmlər

1) “Naxox”

2) “Niyə”

3) “Oğlan evi 2”

Xarici filmlər:

1) “Forsaj 8”

2) “Çirkin mən 3”

3) “Karib dənizinin quldurları: Ölülər nağıl danışmır”

Ciname Plus kinoteatrlar şəbəkəsinin PR meneceri Nara Həsənova 2017-ci ilin ən çox izlənilən 10 yerli və xarici filmin siyahısını təqdim etdi:

1)”Stalinın Başı”

2)”Kəklikotu”

3) “Naxox”

4) “Yanlış Anlama”

5) “Təhmin və Zaur”

6) “Bayram Axşamı”

7) “Forsaj 7”

8) “3 Badam 1 Qoz”

9) “Hozu”

10) “Yol Arkadaşım”

Sonda isə belə nəticəyə gəlmək olar ki, izlənilən filmlərin çoxu yerli istehsaldır. Əgər kəmiyyət sözügedən ekran işlərinə maraq göstərirsə, o zaman keyfiyyət də artmalıdır.

loading...