Maraqlı

 | Əllərinizlə hazırlaya biləcəyiniz orijinal Yeni İl hədiyyələri – FOTOLAR

Hər kəs Yeni İli səbirsizliklə gözləyir. Amma həyatın yeni dövrünün başlanğıcının intizarı, yeni planlar və ideyalarla birlikdə insanın beynində suallar əmələ gəlir.

Yeni İlin ən gözəl xüsusiyyətlərindən biri isə dostlar və yaxınlar üçün hədiyyə seçimidir.

Oxucularımıza ucuz və rahat başa gələcək, öz əlləri ilə hazırlaya biləcəkləri hədiyyə ideyalarını təqdim edirik.

1.Ən yaxşı xatirələrlə banka

Kağızlara hədiyyə verəcəyiniz şəxslə keçirdiyiniz ən gözəl xatirələri yazın. Daha sonra onları bükün və qeyri-adi bankaya toplayın.

2.Qış dəsti

Bir qutunun içərisinə qış üçün lazım olan əşyaları toplayın.

3.Şirniyyat dolu banka

Lazım olmayan bir bankanın içərisinə rəngarəng şirniyyatlar yığın və onu Yeni İl bəzəkləri ilə bəzəyin.

4.Qeyri-adi bəzəkli şamlar

Şamlara aromatlı Yeni İl atributları ilə bəzək vurun. Bu hədiyyə hər evdə romantik ab-hava yaradacaq.

5.Naringi ilə qapı bəzəyi

Naringiləri halqa formasında düzün və onları sellofana keçirin. Belə sadə ev bəzəyi Yeni İlin ən xoş hədiyyəsi ola bilər.

6.Çaylardan şam ağacı

Bir dəfə istifadə edilən çay paketlərini şam ağacı formasında olan kartonun üzərinə toplayın. Rəngarəng çay paketlərindən hazırlanmış yolka evdə qeyr-adiliyi ilə seçilə bilər.

loading...