Maraqlı

 | Kanadalı milyarder həyat yoldaşı ilə birgə evində ölü tapılıb

  Kanadalı milyarder, “Apotex” korporasiyasının təsisçisi Barri Şerman həyat yoldaşı Hani ilə birgə Toronto şəhərindəki evində ölü tapılıb.

Şerman və onun arvadının ölümünün səbəbi məlum deyil.

Şerman “Apotex” 1974-cü ildə təsis edib. Dərman preparatları istehsal edən şirkətin məhsulları 115-dən çox ölkəyə ixrac olunur. Bu ilin noyabrında  “Canadian Business” jurnalı 75 yaşlı Barri Şermanı ölkənin ən varlı insanlarının siyahısına daxil edib.

loading...