Həyat tərzi

 | Masada eleqantlıq: Stəkanda salat

  Xatırlayırsınızsa, biz sizə toy və müxtəlif tədbirlərdə dəbə düşən tək nəfərlik Şah plovdan, ləvəngi balıqdan bəhs etmişdik. Belə ki, bir bütöv balığı ortaya qoyub, bölüşdürmək və ya isveç masası kimi tədbirlərdə bunu etmək çox çətindir. İşi daha rahat etmək üçün bir dilim balığa qozlu içlikdən qoyub bişirirlər, bununla da hər kəs ləvəngi dadmış olur.


Belə tendensiyalar salatlardan, desertlərdən də yan keçməyib. Bir buludda şuba salatı edirsiniz və onu çoxlu qonaq arasında necə bölüşdürməyi düşünürsünüz, ya da qonaqların hərəsi salatı bir cür bölərək, onun formasını pozurlar. Belə halda ən yaxşı variant salatı stəkanda hazırlayıb, hərənin qarşısına birini qoymaqdır.


Stəkanda salat – verrinom adlanır, bu ideya da fransız kulinarlarının ağlına gəlib. Verrinom masada olduqca eleqant və zərif görsənir. Burada əsas şərt stəkanın 200 ml. dən böyük olmamasıdır.


Şərt o deyil ki, stəkan salatı mütləq qat-qat olmalıdır. Xeyr. Bir qabda hazırladığınız qarışıq salatları da səliqə ilə stəkanlara yığa, kənarlarını limon dilimləri və ya kahı yarpaqları ilə bəzəyə bilərsiniz.
Tezliklə stəkanda hazırlaya biləcəyiniz desert, salat reseptləri təqdim edəcəyik! Bizi izləməyə davam edin!

loading...