Maraqlı

 | Leyla Əliyevanın əkizləri üçün xoş gün

   Bu gün prezident İlham Əliyevin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və məşhur müğənni Emin Ağalarovun ailəsində xoş gündür.

1 dekabr tarixdə keçmiş cütlüyün oğlanları Mikayıl və Əli dünyaya göz açıb. Əkizlərin 9 yaşı tamam olur.

Qeyd edək ki, Əli və Mikayıl Ağalarovlar 2008-ci il dekabrın 1-də dünyaya gəliblər.

Leyla Əliyeva ilə Emin Ağalarov 2006-cı il aprelin 30-da ailə qurublar. 2015-ci ilin mayında isə L.Əliyeva E.Ağalarovla boşandığını İnstaqram səhifəsində elan edib.

Leyla Əliyeva həmçinin övladlığa götürdüyü və Əminə adını verdiyi bir qız anasıdır.

loading...