Elm və Təhsil

 | Texniki Universitetin idman sarayı əsaslı təmirdən sonra istifadəyə verilib

  Azərbaycan Texniki Universitetinin idman sarayı əsaslı təmirdən sonra istifadəyə verilib.

Sarayda təkcə bu universitetin tələbələri üçün deyil, həmçinin məktəblilər, peşəkar idmanla məşğul olmaq istəyən hər kəs üçün əlverişli şərait yaradılıb.

Sarayın ümumi sahəsi 1804 kvadrat metrdir, 928 yerlik tamaşaçı tutumuna malik universal zalı hündürlüyünə görə beynəlxalq standartlara cavab verir. Burada idmançılar trenajor, güləş, voleybol, basketbol, həndbol, futbol, badminton, qılıncoynatma, cüdo, boks, karate idman növləri üzrə məşğul ola bilərlər.

İdman sarayının bünövrəsi ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Məhz onun təşəbbüsü və şəxsi nəzarəti altında 1973-cü ildə sarayın tikintisi başa çatdırılaraq bu ali təhsil müəssisəsinin istifadəsinə verilib.

Tədbirdə daha sonra 2017-2018-ci illərdə badminton üzrə ali təhsil müəssisələrinin komandaları arasında keçirilən turnirin püşkatma mərasimi olub. Cari ilin dekabr ayında universitetlər arasında start veriləcək turnirin komandalarının adları müəyyən olunub.

Qonaqlar oğlanlar arasında şəxsi kateqoriya üzrə yarışın final oyununu izləyiblər. Bu kateqoriya üzrə oğlanlar I, II yerlər üzrə mübarizə aparıblar.

2017-ci il badminton üzrə Azərbaycan çempionatı 5 kateqoriyaya əsasən keçirilir. Bu kateqoriyalardan 4-ü üzrə I, II, III yerlər artıq müəyyən olunub. Badminton üzrə Azərbaycan çempionatında ümumilikdə 37 nəfər olmaqla 16 qız 21 oğlan mübarizə aparıb və finala vəsiqə qazanan 24 nəfər təltif edilib.

loading...