Mədəniyyət

 | Muğam Mərkəzi beynəlxalq layihəsini davam etdirir

  Beynəlxalq Muğam Mərkəzi yeni mövsümdə də “Etnik Musiqi İnciləri” adlı beynəlxalq layihəsini davam etdirir.

Muğam Mərkəzindən verilən məlumata görə, yeni mövsümdə dünyanın bir çox ölkələri öz etnik musiqiləri ilə Beynəlxalq Muğam Mərkəzinin səhnəsində çıxış edəcəklər.

13 sentyabr Beynəlxalq Muğam Mərkəzinin səhnəsində Moldovanın Azərbaycandakı səfirliyinin təşkilatçılğı ilə Azərbaycan və Moldova etnik musiqisi səslənəcək. Tədbir Azərbaycan Moldova diplomatik əlaqələrinin 25 illiyinə həsr olunub.

Konsertdə Moldova xalq çalğı aləti olan Nae –də (Pan Fllute) ifa edən Moldova respublikasının xalq artisti Kanstantin Moskoviç çıxış edəcək. O, tək moldova xalq mahnılarını deyil həm də Azərbaycan musiqisindən nümunələr səsləndirəcək. Musiqiçi öz albomlarının birinə Nae –də Azərbaycan musiqisinin antalogiyasını əlavə edib. Konsertdə digər Moldovan musiqiçiləri – Dumitru Dubajiu, Vladimir Andrianom, Valentina Nejel və Radu Talambuta iştirak edəcək.

Konsertdə əməkdar artist Şirzad Fətəliyev balabanda həm Moldovan musiqisini həm də Azərbaycan musiqisini ifa edəcək. Bu konsertdə tamaşaçılar Azərbaycan və Moldovan Musiqisindən zövq alacaqlar.

loading...