Mədəniyyət

 | Səyavuş Aslan - 82!

  Bu gün görkəmli teatr və kino aktyoru, dramatik rolların mahir ifaçısı, Azərbaycanın xalq artisti (1982) Səyavuş Aslanın doğum günüdür.
O, 1935- ci il sentyabrın 5-də Bakıda anadan olub. 1947-ci ildən dram dərnəklərində çıxış etməyə başlayan gənc Səyavuş, 1959-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında fəaliyyətə başlayır. "Toy kimindir?" tamaşasında Qoşun rolunu məharətlə ifa edən Səyavuş Aslan, böyük səhnə həyatına qədəm qoyur. "Kəndimizin mahnısı"nda Bayram, "Hicran"da Dadaşbala, "Qaçırılmış qız"da Qəmzəli, "Ulduz"da Şubay və başqa rolları uğurla ifa  etmişdir. Səyavuş Aslan 1984-cü ildən Akademik Milli Dram Teatrının aktyoru kimi bir çox rəngarəng obrazlar yaradıb: "Nişanlı qız"da Mindilli, " Günah"da Ağəli, " Bizim qəribə taleyimiz"də Fəriş,  "Hökmdar və qız"da Vanya koxa, " Ah, Paris... Paris..!"də Əsədulla,  "Varlı qadın"da Sarı.
Səyavuş Aslan yüzdə çox kino və film-tamaşalarda unudulmaz rollar canlandırıb: " Əhməd haradadır?" da Saqqal Ramiz, " Romeo mənim qonşumdur"da Səməd, " Yol əhvəlatı"nda Qurban, " Evləri köndələn yar"da Bazarkom Nadir, " Yaşıl eynəkli adam"da Seyfulla, "O dünyadan salamlar"da Hacı Həsən ağa,  "Evlənmək istəyirəm"də Hacı Kəmyab və başqa yadda qalan rollar. 
Azərbaycan mədəniyyəti və incəsənətindəki böyük uğurlara görə Səyavuş Aslan 1995-ci ildə "Şöhrət" ordeni, 2013-cü ildə "Şərəf" ordeni ilə təltif edilmişdir.

loading...