Mədəniyyət

 | Yaşar Nuri - 66!

  Bu gün görkəmli sənətkar, xalq artisti, milli kinomuzun və teatrımızın əvəzolunmaz aktyoru Yaşar Nurinin doğum günüdür.
Yaşar Məmmədsadıq oğlu Nuriyev 1951- ci il sentyabr ayının 3- də  Bakı şəhərində anadan olmuşdur. Atasının aktyor olması balaca Yaşarda bu sənətə böyük həvəs oyatmışdı. On yaşından etibarən o, dövlət televiziyasında yayımlanan "Buratino"," Yelkən"," Pioner" uşaq verlişlərində aparıcılıq edirdi. Səhnədə ilk rolu 11 yaşında Musiqili Komediya Teatrında "Toy kimindir?" tamaşasında Tapdıq rolu olmuşdur. 1974-cü ildən Yaşar Nuri Akademik Dram Teatrına dəvət aldı. Uzun illər Yaşar Nuri bu teatrın səhnəsində bir-birindən gözəl rollar ifa edir." Yağışdan sonra"da - Cığatay,"Şəhərin yay günləri"ndə - Namiq," Dəli yığıncağı"nda - Sərsəm Salman," Sevil"də - Əbdüləli bəy," Sizi deyib gəlmişəm"də - Molla Nəsrəddin," Qanlı Nigar"da - Abdi," Büllur saray"da - Bayandur," Brüsseldən məktublar"da - Nəcəf," Arşın mal alan"da - Soltan bəy və bir çox tamaşalarda yadda qalan rolları ifa edib.
Kino sahəsində də Yaşar Nuri əvəzolunmaz iz qoyub. O, çoxsaylı film və film-tamaşalarda heç vaxt unudulmayan rollar ifa edib: " Od içində" - Əjdər," Yol əhvalatı" - Makintoş, " Əzablı yollar" - kiçik div, "Kökdən düşmüş piano" - Qəhrəman, " Evləri köndələn yar" - Surxayzadə, " Səndən xəbərsiz"," Bağışla" - Elçin, " Yaşıl eynəkli adam" - Kazım, " Qonşu qonşu olsa" - 11 fərqli rol, " Ac həriflər " - Həsən dayı, " Nigarançılıq" - Qurbanəli bəy, " Hər şey yaxşılığa doğru" - Əbdülqəni və adlarını çəkə bilmədiyimiz çoxlu filmlər. 
Yaşar Nurinin Azərbaycan xalqına töhfə etdiyi bu sənət əsərləri heç vaxt yaddaşlardan silinməyəcək.

loading...