Mədəniyyət

 | Əfsanəvi kaskadyor dünyasını dəyişdi

  1981- ci ildə istehsal olunmuş məhşur "Qorxma mən səninləyəm" filmində Rüstəm rolunun ifaçısı Muxtarbəy Kantemirov 84 yaşında vəfat edib.
Muxtarbəy Kantemirov sovet kaskadyorluq məktəbinin yaradıcılarından hesab olunurdu. O, ilk dəfə at sürənlərdən ibarət teatrın yaradıcısı və bədii rəhbəri olub. Milliyətcə osetin olan Muxtarbəyin atası Əlibəy Kantemirov da peşəkar st sürən kimi uzun müddət Moskva sirkində çalışıb.
Muxtarbəy Kantemirovun həm aktyor, həm də kaskadyor kimi ilk kino işi rejissor Yuli Qusmanın lentə aldığı " Qorxma mən səninləyəm " filmi oldu. O, bu filmdə bütün çətin səhnələri və tryukları özü oynamışdır. Buna görə də tamaşaçıların böyük rəğbətini qazanmışdı.

loading...