Həyat tərzi

 | İspanaqlı üçbucaqlar

Ərzaqlar:

500 qr ispanaq

500 qr un ( təxminən 4,5-5 su stəkanı )

1 paket instant maya

1 çay qaşığı duz

1 çay qaşığı şəkər

2 yumurta ( birinin sarısı üzəri (üstü) üçün ayrılacaq )

250 qr yumşadılmış kərə yağı

İçi üçün : 150 qr ağ pendir

Üzəri üçün ; Ayırdığımız bir yumurta sarısı

Hazırlanması:

Ispanaqları yuyun, xırda-xırda doğrayın, 1 çay qaşığı duz ilə ovun suyu çıxsın. Süzgəcə qoyun gözləyin suyu yaxşıca süzülsün.

Unu maya ilə yaxşıca qarışdırın. Ardından duz, şəkər və ispanaq əlavə edib yaxşıca qarışdırın. 1 ədəd yumurta, bir yumurtanın ağı və marqarin də üzərinə əlavə olunaraq yaxşıca yoğurun.

Xəmiri oxlov (mərdanə) ilə açın 7 × 7 sm ölçülərində, dört bucaq şəklində kəsin. Ağ pendiri sürtgəcdən keçirin. Hər bir xəmirin ortasına pendir rəndəsi qoyun üçbucaq şəklində bağlayın.

Yağlanmış soba qabına düzün və 20 dəqiqə ilıq bir mühitdə mayalanması üçün gözlədin. Üzərlərinə yumurta sarısı sürtülərək istəyə görə küncüt (susam) səpin. Əvvəldən isidilmiş sobada qızaranadək bişirin.

Nuş olsun!

loading...