Mədəniyyət

 | Maykl Cekson - 59!

  Bu gün əfsanəvi "pop musiqi kralı", bəstəkar, rəqqas,xeyriyyəçi, Maykl Ceksonun doğum günüdür.

O, 1958-ci il 29 avqustda İndiana ştatının Qeri şəhərində çoxuşaqlı ailədə doğulub. Uşaqlığı olduqca acınacaqlı keçib. Böyük qardaşları ilə atasının çox pis münasibətləri balaca Maykla musiqi ilə məşğul olmağa mane olmayıb. Maykl beş yaşından etibarən məktəblərin Yeni il şənliklərində çıxış etməyə başlayır. 1964-cü ildən qardaşlarının yaratdığı " The Jacksons" qrupunda musiqiçi köməkçisi kimi çıxış edir. Sonralar bu qrup " The Jackson 5" adlandırılmağa  başlandı. 1966- cı ildən isə Maykl qrupda vokalçı kimi çıxış etməyə başlayır. Bununla da Cekson qardaşlarının uğurlu konsert proqramlarının və musiqi albomlarının estafeti başlandı. Şan-şöhrət və uğurlar bir- birini əvəzləyirdi. Maykl Ceksonun "Thriller" adlı albomu isə tarixə ən çox satılan albom kimi düşdü. 1985- ci ildə bu albom  " Ginnessin rekordlar kitabı"nda "bütün zamanların və xalqların ən çox qulaq asılan" albomu kimi qeyd olundu. Maykl Ceksonun bu fantastik uğurları ömürünün sonuna qədər davam etdi. O, həmçinin böyük xeyriyyəçi kimi də tanınırdı. Bu fəaliyyətinə görə 1984- cü ildə Ağ Evdə prezident Ronald Reyqan ona yüksək mükafat təqdim etdi.
Həyatının son illərində Maykl Cekson bir çox estetik əməliyyatlar keçirdi. Bu onun orqanizminin zəifləməsilə nəticələndi. Artıq adi dərmanlar ona kömək etmirdi. 
25 iyun 2009-cu ildə əfsanəvi Maykl Cekson gözlərini əbədi olaraq yumdu. Onun vəfatına səbəb yüksək dozalı dərmanın qəbulu oldu. Şəxsi həkimi isə dərhal həbs edildi.
Əfsanəvi "kral" ilə vida mərasimi dünyanın bütün ölkələrində canlı yayımlandı. Lakin heç kim dəqiq bilmədi ki, o nə vaxt və harada dəfn olundu.

loading...