Mədəniyyət

 | Müslüm Maqomayev - 75

  17 avqust dünya şöhrətli opera və estrada müğənnisi, bəstəkar Müslüm Maqomayevin doğum günüdür.
O,1942-ci il avqustun 17 -də Bakıda anadan olub.Babası görkəmli musiqiçi və drijor Müslüm Maqomayevdir.
İlk dəfə 14 yaşında dənizçilər klubunda səhnəyə çıxıb. 19 yaşında o, Finlandiyada gənclər festivalında, 1963 - cü ildə isə Moskvada keçirilən Azərbaycan mədəniyyəti günlərində uğurla çıxış edir. Dahi sənətkar 1960- cı ildən Azərbaycan Dövlət Opera və Balet teatrının solisti olub. İtaliyanın Milan şəhərindəki məhşur "La Skala" teatrında təcrübə keçən Müslüm Maqomayev  1975-ci ildən Azərbaycan Dövlət Estrada -Simfonik Orkestrinin bədii rəhbəri təyin olunub. Dünyanın bir çox ölkələrində qastrol səfərlərində olub, ölkəmizi layiqlə təmsil edib. Onun mahnıları indi də xalq tərəfindən sevilə-sevilə dinlənilir.
Müslüm Maqomayevin kino fəaliyyəti də zəngin olub. O, istər bəstəkar, istərsə də aktyor kimi filmlərdə iştirak edib. Müslüm Maqomayev 1982-ci ildə rejissor Eldar Quliyevin " Nizami" filmində dahi Azərbaycan şairi Nizamini n obrazını canlandırıb. Film SSRİ məkanının bir çox şəhərlərində nümayiş olunub və Müslüm Maqomayevin bu rolu peşəkarlıqla ifa etməsi , filmə bir çox mükafatlar qazandırıb.
Müslüm Maqomayev SSRİ- nin və müstəqil Azərbaycanın çox saylı mükafatlarına layiq görülüb. 1973-cü ildə SSRİ xalq artisti, 1997-ci ildə isə "Şöhrət" ordeni ilə təltif olunub.
Görkəmli sənətkar 25 oktyabr 2008-ci ildə vəfat edib. Bakıdakı Birinci Fəxri xiyabanda dəfn olunub.

loading...