Həyat tərzi

 | Yoqa Edən 92 Yaşlı Xanım Xoşbəxtlik və Uzunömürlülüyün Sirlərini Açıqlayır

92 yaşlı Yogi Nyu-Yorklu Fillis Syus (Phyllis Sues) qeyd edir ki, yeriməyə və danışmağa başladığı vaxtdan etibarən həyatın çağırışlarına aktiv şəkildə cavab vermişdir. O, indi hər gününü böyük həvəs və qorxmazlıqla sevdiyi məşğuliyyətlərə həsr edir və başqalarına da öz bildiklərini öyrədir. Özü də bu köklü həyat tərzi dəyişikliyi onun 80 yaşının ortalarında baş vermişdir. Fillisin sözlərinə görə, həyat sənə çağırış, mesaj göndərirsə, onu qəbul edib öz yaşam tərzinlə cavab verməlisən. Əks təqdirdə, həyatını tamamilə dəyişəcək bir şansı itirmiş olursan. Bəzi şanslar isə yalnız bir dəfə insanın həyatına gəlir.

PhyllisSuesAt92Yoga

92 yaşlı bu xanım hər gün sevdiyi üç növ fiziki məşğuliyyətlə həyatını aktiv şəkildə yaşayır: tanqo rəqsi, ipüstə tullanma (ipatdı) və yoqa. Əslində, bu fiziki praktikaların heç birinə planlı şəkildə başlamasa da, indi onlar Fillisin gündəlik həyat tərzinin ayrılmaz hissəsidir.

Fillis deyir ki, 45 dəqiqə yoqa praktikası ilə günə enerji dolu başlayır. “Bu məşq hər bir əzələmi yağlayır və bədənim, beynim daha da qüvvətlənir, ruhum nəfəs alır. Əlbəttə, bədən üçün müxtəlif fiziki növ məşqlər mövcuddur, amma onların heç biri yoqa kimi hərtərəfli deyil”.

Onun sözlərinə görə, bədən insanın ən yaxşı dostu və inanılmaz əməkdaşıdır. Onun enerji toplamağa ehtiyacı var. Heç zaman deməyin: “Vaxtım yoxdur”. Bu bir yalandır. Vaxt tapmamaq özünüzü daha yaxşı hiss etmənizə və daha uzun ömür yaşamağınıza mane olan mənasız bir bəhanədir, özünə əsassız bəraət qazandırmaqdır. Mən hər kəsə canlı nümunəyəm.

PhyllisSuesHanuman

Tanqo dərsləri verən Fillis belə söyləyir: “Mənim üçün tanqo, ipüstə tullanma və yoqa fantastik bir triodur. Anadan olarkən sizə bir möcüzəvi vasitə verilir – bədəniniz. Onu sevin, hörmət edin və onunla qürur duyun. Onu dinləyin. Bədəniniz sizinlə danışır və ona qulaq asmağınızı istəyir. Onu diqqətlə dinləyin və bütün imkanlarınızdan yararlanın. Mən indi daha yaxşı anlayıram ki, müdriklik zaman və praktika ilə gəlir.

loading...