Həyat tərzi

 | Dadlı dietik çizkeyk reseptimiz

Noxud və qarağatdan dietik çizkeykin hazırlanma qaydasını təqdim edirik.

Tərkibi:

3 x.q. bal (şəkər tozu ilə əvəz etmək olar)

150 ml qaynar su 

15 q jelatin 

100 q yoqurt (yaxud xama)

40 q noxud

150 q qara qarağat

Çizkeykin əsasını hazırlamaq üçün noxudu bir gecə əvvəldən isladın, sonra isə tam bişirin. 

Bişmiş noxuda 1 x.q. bal qatıb blenderdə xırdalayın. 

Kənarı açılan formanın dibinə folqa, yaxud perqament döşəyin. Noxud püresini döşəyin. 

Qarağatın üzərinə 150 ml qaynar su tökün, ocağın üstünə qoyun. Qaynara düşəndə götürün. Süzün, şirəsinə 1 x.q. bal qatıb qarışdırın, soyuducuya qoyun. 

Süzdüyünüz qarağatı blenderdə xırdalayın, 1 x.q. bal və 10 q jelatin əlavə edin. 45 dəqiqə saxlayın. 

Bu müddət keçəndən sonra qarağatla jelatin qarışığını jelatin tam əriyənədək qızdırın. Amma qaynatmayın. 

Yoqurt (yaxud xama) əlavə edib qarışdırın, formadakı noxudlu əsasın üzərinə tökün. Soyuducuda 2-3 saat, ən yaxşısı - bir gecə saxlayın. 

Qarağatın süzdüyünüz şirəsinə 5 q jelatin qatın, 45 dəqiqə saxlayıb şişməsini gözləyin, sonra ocağın üstündə jelatin əriyənədək qızdırın (qaynatmayın). 

Donmuş yoqurt qarışığının üstündən əlavə edin, soyuducuda tam bərkiyənədək saxlayın. 

Süfrəyə verərkən üzərini giləmeyvə ilə bəzəyin. 

Nuş olsun! 

 

loading...