Həyat tərzi

 | Makiyaj üçün “ağıllı” güzgü

Makiyaj üçün Juno "ağıllı" güzgüsü bir neçə saniyəyə lazımi işıqlandırma şərtləri yarada bilər.

 

Cihazı smartfona qoşmaq, hazır rejimlərdən birini seçmək (məsələn, "təbii günəş işığı" və ya "alatoranlıq") və işıqlandırmanı olduğunuz məkana uyğun quraşdırmaq olar. Bundan əlavə, tətbiqetmə müəyyən yerdə işığın keyfiyyətini "yadda saxlamağı", daha sonra bunun əsasında presetlər hazırlamağı bacarır. Selfi həvəskarları üçün güzgüyə işıq lampası daxil edilib, bu lampa fotoqrafların studiya çəkilişi zamanı istifadə etdiyi işıqlandırmanı yaradır. Hərəkətli korpus hesabına güzgünü stol lampası olaraq da istifadə etmək olar.

"Juno" güzgüsünü Kickstarter.com saytından 50 dollara sifariş etmək olar. Çatdırılma aprel ayına qədər həyata keçiriləcək.

 

loading...